Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgələrə gedərək yardım edən müğənni və rejissor Mahsun Kırmızıgül sosial media hesabında fürsətçilik edərək mənfi rəy yazanlara qarşı üsyan edib.
AZXEBER.COM xəbər verir ki, zəlzələ bölgəsinə gedən müğənni və rejissor Mahsun Kırmızıgül Haluk Leventin qurduğu Dostlar Dərnəyi ilə koordinasiyalı olaraq işə başlayıb.
Zəlzələ qurbanlarının yanında olan Kırmızıgül bu prosesdə fürsətçi olanları qınayıb.
"Tvitter" hesabından paylaşım edərək qiymətləri artıran daşıma şirkətlərinə və ev sahiblərinə reaksiya verən Mahsun Kırmızıgül "Xalqımız bir ürək olub bir-birinə kömək edərkən, bəzi acgöz fürsətçilər zəlzələ qurbanlarını yırtmaqdan utanmırlar. Kirayə haqqını 5 dəfə, ev sahibləri isə 3 dəfə artırıb. Zəlzələdə zərərçəkənlərin ümumi fəryadını çatdırıram. Allah sizin bəlanızı versin".
Mikayıl