Zəlzələ bölgəsinin yenidən qurulması üçün lazım olan məbləğ AÇIQLANDI

Zəlzələ bölgəsinin yenidən qurulması üçün lazım olan məbləğ AÇIQLANDI
DÜNYA
12:08 17.02.2023
543
Kahramanmaraş mərkəzli zəlzələlər Türkiyədə binaların zəlzələyə davamlı olmasının vacib olduğunu ortaya çıxarsa da, Dünya Bankının 2021-ci ilin dekabr ayında hazırladığı hesabat diqqət çəkib. Türkiyədə tikinti fondunun böyük hissəsinin 2000-ci ildən əvvəl tikildiyini bildirən Dünya Bankı evlərin təhlükəsiz hala gətirilməsinin dəyərinin 465 milyard dollar olduğunu qeyd edib.

AZXEBER.COM xəbər verir ki, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyədə infrastrukturun hansı vəziyyətdə olduğunu ortaya qoyub.
 
London mərkəzli "Middle East Eye xəbər saytı” Dünya Bankının 2021-ci ilin dekabrında mövzu ilə bağlı hazırladığı hesabatı işıqlandırıb. Dünya Bankının hesabatına görə, Türkiyədə evlərin təhlükəsiz hala gətirilməsinin xərci 465 milyard dollardır.

Milyonlarla özəl mülkün təcili olaraq gücləndirilməsinin lazım olduğunu bildirən hesabatda Türkiyədəki bina fondunun böyük hissəsinin 2000-ci ildən əvvəl inşa edildiyi qeyd olunub. Bu strukturların zəlzələlərə və iqlimlə bağlı fəlakətlərə "həssas” olduğu vurğulanıb. Quruluşların zəlzələlərə və digər fəlakətlərə davamlı olması üçün onları gücləndirmək və ya yenidən qurmaq lazımdır.
 
Hesabata görə, Türkiyədə yaşayış yeri kimi istifadə edilən 6,7 milyon binanın yalnız 4 faizi təmir olunub. Qalan binaların təmiri üçün əlavə maliyyə üsullarının işlənib hazırlanmasına da ehtiyac var.
 
Daha əvvəl ictimai binaların zəlzələyə davamlı olması üçün Türkiyəyə maliyyə dəstəyi verən Dünya Bankı 2021-ci ilin iyun ayında 140 məktəb, xəstəxana və digər ictimai binaların təmiri layihəsinə 265 milyon dollar maliyyə ayırıb. 2004-2015-ci illərdə ictimai binaların təmiri üçün İstanbul Layihə Koordinasiya Birliyinə (İSMEP) 550 milyon dollar maliyyə ayrılıb. Dünya Bankı zəlzələdən sonra Türkiyəyə 1,78 milyard dollar yardım vəd edib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR