İstanbulun Zeytinburnu səmtində yaşayan qadın zəlzələdən sonra baş verən hadisələrdən təsirlənərək ailəsi üçün zəlzələ çantası hazırlayıb və bütün əmanətlərini saxladığı bel çantası ilə bazara gedərkən həyatının şokunu yaşayıb.
AZXEBER.COM xəbər verir ki, iddialara görə, iki oğru onu bir neçə dəqiqə ərzində qəpiksiz qoyub.
Çantaya qoyduqları əşyalar arasında nikah üzükləri, beş daş, 20 ədəd qızıl, 1 metr zəncir, sırğalar, 400 dollar, 1500 TL pul da olub.
"Uşaqlarımın ruzisi getdi” deyərək göz yaşı tökən Dilber Aktürk başına gələnləri kədərli, çarəsiz şəkildə "Show Haber”ə danışıb:
"İki həftədir, içimə düşən yanğını bir Allah bilir. Mən əlimə salmadığım nikah üzüyümü də çantaya qoymuşam. Sanki mən onları elə hazırlamışdım ki, aparsınlar”.
Qadın bu çantanın zəlzələdən sonra hazırlandığını bildirib.
Ayşən