Türkiyəni kədərə boğan zəlzələ fəlakətindən sonra yardım kampaniyalarına dəstək verməyən Kriştiano Ronaldo Türkiyəyə və Suriyaya yardım göndərib.
AZXEBER.COM xəbər verir ki, portuqaliyalı ulduzun zəlzələdən zərər çəkən vətəndaşlar üçün yardım təyyarəsi göndərdiyi bildirilib.
Ronaldo həmçinin çadırlar, yeməklər, yastıqlar, yorğanlar, uşaq yeməkləri və tibbi ləvazimatlar üçün əlavə pul ödəyib.
Qeyd edək ki, Ronaldo Türkiyədə və Suriyada hadisə baş verən ilk günlərdə heç bir yardım etməmiş və buna görə tənqid olunmuşdu.
Ayşən