Fevralın 6-da episentri Kahramanmaraş olan və ətraf ölkələrdə 10 vilayəti silkələməklə hiss edilən zəlzələlərdə həyatını itirənlərin sayı hər keçən dəqiqə artarkən, peyk görüntüləri fəlakətin vəziyyətini ortaya qoyur.
AZXEBER.COM xəbər verir ki, ingilis xəbər agentliyi "Reuters” beynəlxalq peyk təsviri şirkəti Maxar-dan əldə etdiyi peyk fotoşəkillərini dünya ictimaiyyəti ilə paylaşıb.
Peyk görüntüləri zəlzələnin Qaziantep və İskəndərunda yaratdığı dağıntıları ortaya qoyub. Fotolarda qırılma xəttinin keçdiyi nöqtələr aydın görünür.
Yanğının da baş verdiyi İsgəndərun limanındakı dağıntının təfərrüatları da məlum olub. 26 iyun 2022-ci il tarixində çəkilmiş peyk şəkilləri və son zamanlar çəkilən görüntülər bölgədəki zərəri üzə çıxarıb.
Qaziantepin İzlahiye bölgəsində 27 dekabr 2022-ci ildə çəkilmiş peyk görüntüsündə və zəlzələdən sonra çəkilmiş fotoşəkildə təbii fəlakətin başqa fəlakətlərə də səbəb olduğu görünüb.
Ayşən