Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən "zəlzələ peyğəmbəri” dəqiq bir tarix verərək xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, sosial media hesabından Kahramanmaraş mərkəzli zəlzələlərdən xəbəri olduğu ortaya çıxan "zəlzələ peyğəmbəri" ləqəbli məşhur zəlzələ mütəxəssisi Frank Hoogerbeets növbəti açıqlama verib.
Martın 3-ü və ya 4-ü Yer, Merkuri və Saturn planetlərinin bir-birinə yaxınlaşacağını bildirən Hoogerbeets bunun dünyada zəlzələyə səbəb ola biləcəyini bildirib.
Fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən 3 gün əvvəl xəbəri olduğu ortaya çıxan Frank Hoogerbeets proqnozlarına bir yenisini əlavə edib. "Zəlzələ peyğəmbəri" ləqəbli məşhur zəlzələ mütəxəssisi Hoogerbeets mart ayının ilk həftəsinə diqqət çəkərək yeni bir zəlzələ ola biləcəyini iddia edib.
Sözügedən dövrdə Yer, Merkuri və Saturn planetlərinin birləşəcəyini söyləyən Hoogerbeets bunun böyük zəlzələlərə səbəb ola biləcəyini söyləyib.
Ayşən