“Zəlzələ peyğəmbəri”nin yeni açıqlaması qorxuya səbəb oldu – 48 saat ərzində bu ölkədə...

“Zəlzələ peyğəmbəri”nin yeni açıqlaması qorxuya səbəb oldu – 48 saat ərzində bu ölkədə...
DÜNYA
15:21 02.10.2023
1009
Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra məşhurlaşan Frank Hugerbeetsin yeni açıqlamaları gündəmə gəlib.

AZXEBER.COM xəbər verir ki, özünü "zəlzələ peyöəmbəri" kimi təqdim edən hollandiyalı Frank Hugerbeetsin yeni zəlzələ açıqlamaları qorxuya səbəb olub.

Hollandiyada qurduğu "SSGEOS" adlı araşdırma qrupu ilə işini davam etdirən Hoogerbeets Pakistanda böyük bir zəlzələ olacağını iddia edib.

"SSGEOS”un verdiyi açıqlamada qarşıdakı 48 saat ərzində Pakistanda böyük bir zəlzələ olacağı iddia edilib. Qurum Pakistandakı nasazlıq xəttində elektrik sıxlığının çox yüksək olduğunu iddia edib. Pakistan mediası da xüsusilə bölgədə yaşayanlar arasında çaxnaşma olduğunu bildirib.

Qeyd edək ki, o, Türkiyədə baş verən zəlzələdən üç gün əvvəl (3 fevral) sosial media hesabında paylaşım etmişdi.

Bu yazıdan bir neçə gün sonra baş verən zəlzələdən sonra Hoogerbeetsin izləyicilərinin sayı sürətlə artıb və ona "zəlzələ peyğəmbəri" ləqəbi verilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR