Zəlzələ qurbanı olduğunu deyən 5 yaşlı türk uşaq Hollandiyada tapıldı

Zəlzələ qurbanı olduğunu deyən 5 yaşlı türk uşaq Hollandiyada tapıldı
DÜNYA
10:25 24.05.2023
191
Hollandiyanın Maastrixt şəhərində zəlzələ qurbanı olduğunu deyən 5 yaşlı türk uşağı tək tapılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir kəlmə də holland dili bilməyən uşağın ölkəyə necə gəldiyi araşdırılır.

Maastrixt polisinin İnstaqram hesabında "Böyük şəhərdə tək" başlığı ilə edilən açıqlamada 5 yaşlı türk uşağının şəhərin mərkəzində təkbaşına gəzərkən tapıldığı bildirilib. Heç bir holland dili bilməyən türkcə danışan uşaq polislər tərəfindən şirniyyat dükanında polis bölməsinə aparılıb.

Polis bölməsində yemək və dondurma verilən uşaq türkcə danışan polislə söhbət edib.

Türkiyədən gəldiyini izah edən oğlan valideynlərinin öz ölkələrində olduğunu və hər ikisinin fevralın 6-da baş verən zəlzələdə xəsarət aldığını bildirib.

Sosial işçilərə təhvil verilən uşağın sığınacağa göndərildiyi bildirilib.

5 yaşlı uşağın Hollandiyaya necə gəldiyi barədə məlumat verilməyib. Bildirilib ki, Hollandiya rəsmiləri bu məsələni araşdırır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR