Kahramanmaraşda çadır şəhərciyində elektrik sobasından çıxan yanğında 7 çadır yararsız hala düşüb, 2 nəfər xəsarət alıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, saat 04.30 radələrində Dulkadiroğlu səmtinin Yenişehir rayonundakı çadır şəhərciyində yanğın baş verib. Çadırlardan birində elektrik sobası səbəbindən başlayan yanğın qısa zamanda digər çadırlara da keçib. Ətrafdakıların xəbərdarlığı ilə bölgəyə polis, səhiyyə və yanğınsöndürənlər sövq edilib.
Yanğını söndürmək istəyən zəlzələdən sağ çıxan iki nəfər bədənlərinin müxtəlif nahiyələrindən xəsarət alıb. Həkimlər qrupu yaralı 2 nəfəri xəstəxanaya çatdırıb. Yanğınsöndürənlərin təxminən bir saatlıq işindən sonra yanğın söndürülüb. 7 çadır yararsız hala düşüb, qalanları başqa çadırlarda yerləşdirilib.
Ayşən