Zəlzələ zamanı heç bir əşyası dağılmamışdı – O anlar kameralarda

Zəlzələ zamanı heç bir əşyası dağılmamışdı – O anlar kameralarda
DÜNYA
11:19 23.02.2023
224
Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq iki zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olarkən, zəlzələ bölgəsində qeydə alınan görüntü hər kəsi heyrətə gətirib. Şüşə qablar mağazasında baş verən zəlzələ anı kameralara əks olunub, məhsulların toxunulmaz qalması diqqət çəkib. 

AZXEBER.COM xəbər verir ki, Şehit Abdullah Çavuş Məhəlləsində yerləşən Sara Sitesi A Blokunun alt mərtəbəsində yerləşən və zəlzələlərdə yüngül ziyan çəkən mağazanın sahibi fevralın 6-dan bağlı olan iş yerini açıb və işə başlayıb. 

Zəlzələ zamanı iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülərdə rəflərin silkələnməsi, yaxınlıqdakı çökmüş binadan parlayan işıqlar diqqət çəkib.

Çoxlu qırıla bilən əşyaların olduğu mağazasında məhsullara ciddi ziyan dəymədiyini qeyd edən Kabil deyib: "Biz də təəccüblənirik. İkinci gün mağazamın yerə yıxıldığını görəcəyimi qəbul edərək bura gəldim. Gelib mağazanı açanda mən də inana bilmədim. Çox fərqli bir panikada idik”.

Baş vermiş zəlzələ anının görüntülərini təqdim edirik:

Ayşən