Zəlzələ zamanı xəsarət alanlardan biri Bakıya göndərildi

Zəlzələ zamanı xəsarət alanlardan biri Bakıya göndərildi
SOSİAL
18:03 06.06.2018
10890
Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb. 

Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax şəhər sakini, 2014-cü il təvəllüdlü Güllər Səbuhi qızı Durmuşzadə zəlzələ zamanı evdə yıxılaraq ayağını sındırıb. 14 yaşlı qızın ayağına gips qoyulub və evə buraxılıb. Digər yaralılar isə rayonun Tasmalı kənd sakinləri olub. 1977-ci il təvəllüdlü Vüsalə Musa qızı Musayeva sol bazunun, həmkəndlisi 1958-ci il təvəllüdlü Rafiq Cuma oğlu Kazımov isə sağ bazunun sınığı diaqnozu ilə xəstəxanaya daxil olublar. 60 yaşlı Rafiq Kazımovun ayağında qəlpəli sınıq olduğundan müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

OXŞAR XƏBƏRLƏR