Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə öldü

Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə öldü
DÜNYA
11:10 27.02.2023
261
Zəlzələdə 60 nəfəri xilas edən şəxs faciəvi şəkildə ölüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin İslahiye bölgəsində baş verən zəlzələdən sonra 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan Burhan Polat uşaqlarının sağ-salamat olduğunu öyrənəndən sonra binadakıların köməyinə qaçıb.
 
Yaşadığı 6 mərtəbəli binada evlərində qapalı qalan 60-a yaxın adamı xilas edən Burhan Polat binadan çıxdıqdan sonra  dayısı Cəfər Dəmiri binadan çıxaran zaman 3-cü mərtəbənin divarı onun üstünə uçub.
 
Dağıntılar altında qalan Polat aparıldığı xəstəxanada dünyasını dəyişib.
 
Günel


OXŞAR XƏBƏRLƏR