Zəlzələdə bir kənddən 33 nəfər öldü: Sağ qalanlar yaşadıqlarını danışıb - VİDEO

Zəlzələdə bir kənddən 33 nəfər öldü: Sağ qalanlar yaşadıqlarını danışıb - VİDEO
DÜNYA
14:44 13.02.2023
239
 
Kahramanmaraşda baş verən zəlzələ kəndləri də dağıdıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşın Pazarcık mahalına bağlı Ördekdede kəndində 33 nəfər dağıntılar altında həyatını itirib.

Zəlzələdə yaxınlarını itirənlər və dağıntılar altından xilas edilənlər həmin anları göz yaşları içində danışıblar.

Kənd sakinlərindən Türkan Merter "Uşaqlarımı itirdim, hamısını itirdim. Təəccüblənirəm, 6 övladımı, nəvələrimi, oğlumu itirdim" deyərək yaşadığı ağrıları danışıb.

Ailəsinin 7 üzvünü itirən 86 yaşlı Abdi Merter göz yaşları içində "Ölsəm yaxşı olardı, ölmədim, nə edim, uşaqlarım orada yaşayırdı” deyib.

Qeyd edək ki, AFAD-ın koordinasiyası ilə kənddə çadırların qurulduğu və vətəndaşların ehtiyaclarının ödənildiyi bildirilib.

Aydın
 


 
OXŞAR XƏBƏRLƏR