Zəlzələdə dostunu itirən məşhur musiqiçi kədərləndi: "O getdi, biz qaldıq"

Zəlzələdə dostunu itirən məşhur musiqiçi kədərləndi: "O getdi, biz qaldıq"
DÜNYA
13:06 17.02.2023
285
Türkiyədəki zəlzələ bölgəsində olanlara köməyə gələnlərdən biri də musiqiçi Oğuzhan Uğur olub.
 
AZXEBER.COM xəbər verir ki, sosial media hesabından paylaşım edən Uğur dostunun zəlzələ nəticəsində dünyasını dəyişdiyini açıqlayıb. 
 
Uğur acı xəbəri "O getdi, biz qaldıq” deyərək açıqlayıb.
 
Oğuzhan Uğur 'qardaşım' deyə müraciət etdiyi dostunun fotosunu paylaşaraq zəlzələdə dünyasını dəyişdiyini açıqlayıb.
 
Həyatını itirən dostunun da əvvəlki zəlzələlərə dəstək verdiyini və sosial şəbəkədə paylaşdığını bildirən Oğuzhan Uğur, "Qardaşlar kiçik qardaşlarına rəhmət oxumasın, ata-analar oğullarını basdırmasın. Böyük qardaşı olaraq mən onu rəhmətlə yad edirəm”.
 
Oğuzhan Uğurun tam paylaşımını təqdim edirik:

"Selo. Bizim Selo... O da bu zəlzələdə həyatını itirdi. Gənc idi. O, kiminsə oğlu, kiminsə nəvəsi, kimin dostu, kiminsə sevgisi, kimin dostu idi. Eynilə sizin kimi... O da əvvəlki zəlzələlərdən tvit atdı. Rəhmət dilədi. Kədərli idi. Bizim kimi. Biz hamımız gələcəyimizə şübhə ilə baxırıq. O getdi, yalnız qaldıq. Allah rəhmət eləsin. Qardaşlar kiçik qardaşlarına rəhmət oxumasın, ata-anaları oğullarını dəfn etməsinlər... Böyük qardaşı olaraq mən onu rəhmətlə yad edirəm".
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR