Türkiyənin Malatya şəhərində baş verən güclü zəlzələdə dağıntılar altında qalaraq vəfat edən azərbaycanlı tələbələr Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yas mərasimi keçirilir.
Sumqayıt şəhərində keçirilən vida mərasimində mərhumların ailə üzvləri, yaxınları iştirak edirlər.
Tələbələrdən biri Hümam İsmayıllının babası BAKU.WS-ə açıqlamasında nəvəsinin vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib.
O, Hümamın nəslin birinci nəvəsi, eyni zamanda çalışqan və istedadlı uşaq olduğunu vurğulayıb:
"Öz fəlsəfi duyğuları var idi. İnsanlara münasibəti ilə bambaşqa biri idi. Həm də gözəl oxuyurdu. Birinci sinifdən əlaçı olub. Eyni anda Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə və Malatya Universitetinə imtahan verdi qəbul oldu. Oranı seçdi oxumaq üçün. Dedim oğul gəl Bakıda oxu. Dedi yox ora gedib orada oxuyacam. İndi magistraturaya hazırlaşırdı. Qisməti belə gətirdi”.