Zəlzələdə həlak olan futbolçunun meyidi ölkəsinə aparıldı

İDMAN
11:20 20.02.2023
300
Kristian Atsunun cənazəsi təyyarə ilə ölkəsi Qanaya göndərilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Kahramanmaraşda baş verən və 11 vilayətdə baş verən zəlzələdən sonra Hatayda dağılan Rönesans Residence binasının dağıntıları altında qalan "Hatayspor"un futbolçusu Kristian Atsunun cansız cəsədi tapılıb.
 
Zəlzələdə dağıntılar altında həyatını itirən Kristian Atsunun cənazəsi təyyarə ilə ölkəsi Qanaya göndərilib.
 
Uzun illər Qana Milli Komandasında çıxış edən Kristian Atsu yeganə qolunu zəlzələ baş verməzdən bir gün əvvəl oyun zamanı 90+7 dəqiqədə Hatayspor forması ilə vurub.
 
24 saatlıq bu sevincdən sonra ulduz futbolçu dağıntılar altında qalıb.
 
Günel

 


OXŞAR XƏBƏRLƏR