Səhiyyə naziri Fahrettin Koca Hatayda dağıntılar altından xilas edilən 2 aylıq körpənin səhhətini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 2 aylıq körpə zəlzələdən 107 saat sonra dağıntılar altından xilas edilib.
Səhiyyə naziri Fahrettin Koca bütün dünyanın danışdığı körpənin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib:
"Hatayda 107-ci saatda dağıntılar altından xilas edilən, saatlarla aclığına baxmayaraq sağ qalan körpəmiz bütün Türkiyənin ekranlardan tanıdığı Adana Şəhər Xəstəxanasındadır və sağlamlıq vəziyyəti yaxşıdır".
Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasının baş həkiminin müavini, pediatriya mütəxəssisi Nurşah Kəskin bildirib ki, körpənin ana və atası hələ də dağıntılar altındadır.
Həkimlər uşağın sağ qalmasını möcüzə adlandırıblar:
"Körpə 5 gün dağıntılar altında qaldı. Daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanamıza gətirildi. Ümumi vəziyyəti yaxşıdır, kəllə-beyin travması yoxdur. Onun bu qədər müddət dağıntılar altında qalması və bu qədər yaxşı olması tamamilə möcüzədir. Bu araşdırmalar tamamlanana qədər bu körpə bizimlədir. Biz onun anası və atasıyıq”.
Ayşən