Mərkəzi Kahramanmaraş olan 10 vilayətdə baş verən 7.7 və 7.6 bal gücündə zəlzələlər nəticəsində Hatayın İskəndərun rayonunda dəniz səviyyəsi qalxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sahilboyu yolları, meydanları və iş yerlərini su basıb.
Sahil zolağında dəniz səviyyəsini aşan sular bulvardan keçərək küçə və prospektlərə doğru irəliləyib. Bulvardakı ərazilər, banklar və iş yerləri boşaldılıb.
Zəlzələdən 2 gün keçməsinə baxmayaraq dəniz suyu çəkilməyib. Həm zəlzələ riski, həm də ərazini su basması səbəbindən sahil zolağındakı evlər boşaldılıb.
Aydın