Zəlzələdən zərərçəkənləri daşıyan avtobus qəzaya uğradı: Ölən və yaralananlar var - VİDEO

Zəlzələdən zərərçəkənləri daşıyan avtobus qəzaya uğradı: Ölən və yaralananlar var - VİDEO
DÜNYA
23:35 23.02.2023
257
Türkiyədə zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə D-400 magistralında, Müminli məhəlləsi yaxınlığında baş verib.

Avtobus Hatayın İskenderun və Antakya rayonlarında universitetə ​​hazırlaşan zəlzələdən zərər çəkmiş abituriyentləri Konya Universitetinin yataqxanasına aparıb.

Nəqliyyat vasitəsinin kömürlə dolu yük maşınına çırpıldığı bildirilib.

Aralarında 2-si sürücü və 2-si müəllim olmaqla 48 nəfərin olduğu avtobus qəzasında bir müəllim və bir şagird həyatını itirib. Yaralanan 6 nəfər isə Adanada xəstəxanalara aparılıb. Müalicə olunan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
 
OXŞAR XƏBƏRLƏR