Zəlzələlərdən sonra Yeşilgözün ən son GÖRÜNTÜSÜ

Zəlzələlərdən sonra Yeşilgözün ən son GÖRÜNTÜSÜ
DÜNYA
15:14 07.03.2023
255

Kahramanmaraşda baş verən zəlzələdən sonra Tekir'in Onikisubat mahalında təbiət möcüzəsi olan Yeşilgöz çuxurunda suyun rəngi dəyişib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən iki güclü zəlzələdən sonra Tekir rayonundakı Yeşilgöz çuxurunda su əvvəlcə tamamilə quruyub. Günlər sonra suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıtdıqca suyun rəngi də dəyişib.

Əvvəllər firuzəyə bənzər görünüşü ilə diqqət çəkən Yeşilgözün suyu zəlzələdən sonra qəhvəyi olub.

Palçıqlı suya bənzəyən Yeşilgözün son vəziyyəti kameralara əks olunub.

Hər fəsildə soyuq suyu, bənzərsiz mənzərəsi və göz oxşayan gözəlliyi ilə diqqət çəkən Yeşilgöz bölgəyə gələn yerli və xarici turistlərin diqqət mərkəzində olub.

Yeşilgözün ən son görüntülərini təqdim edirik:

Ayşən

 

 


 

OXŞAR XƏBƏRLƏR