Türkiyənin Hatay vilayətində baş verən zəlzələ suyun altında da böyük dağıntılar əmələ gətirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu dağıntılar sualtı sənədli filmin prodüseri və quruluşçu rejissoru Tahsin Ceylan və komandası tərəfindən lentə alınıb.
Tahsin Ceylan və komandası sahil zolağında bir çox sahədən qopmuş qaya parçalarını aşkarlayıb. Onlar zəlzələlər zamanı dağılan "Arsuz” hotelinin sahilindəki çay yatağında qırılma xəttinin əmələ gətirdiyi parçalanmaları da görüntüləyib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən