“Zenfiranın toyda oxuduğu görüntülər köhnədir, indi götürüb paylaşıblar” - VİDEO

“Zenfiranın toyda oxuduğu görüntülər köhnədir, indi götürüb paylaşıblar” - VİDEO
MAQAZİN
13:49 11.11.2021
857
"O paylaşılan görüntülər köhnədir, indi götürüb paylaşırlar”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Müğənni Zenfira İbrahimovanın bacısı Esmira İbrahimova deyib:

"Zenfira xanım hazırda Beyləqan rayonunda Cümə Axşamı mərasimindədir. O paylaşılan məlumatlar da köhnə məlumatlardır, indi götürüb paylaşıb, guya Zenfira xanımın anasının qırxı çıxmadan toyda olması kimi təqdim edilir. Bu görüntülər də ötən aylar baş tutan toydan götürülüb. Zenfira xanım hazırda rayonda, anasının Cümə Axşamı mərasimindədir. Yayılan məlumatlar əsassızdır”.

Qeyd edək ki, anası koronavirusdan vəfat edən müğənni Zenfira İbrahimovanın toy görüntüləri yayımlanıb.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR