"Doğum günümü ailəmlə birlikdə qeyd etdim. Mənə güllər gətirildi. Çoxlu zənglər və təbriklər gəldi. Yeni yaş mənə daha çox məsuliyyət hissi gətirdi. Yaş artdıqca insanın yükü də artır. Yaş Allahın insana verdiyi sərvətdir və onu dəyərləndirməyi bacarmaq lazımdır”.
AZXEBER.COM xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında ötən gün 66 yaşını qeyd edən Xalq artisti Firəngiz Mütəllimova deyib. Sənətçi doğum günündə zəng gözlədiyi insanların artıq həyatda olamdığını açıqlayıb:
"Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdurlar. Anam, atam, qardaşım... Onların səsini eşitsəydim, bəlkə doğum günüm tamam başqa cür keçərdi. İndi yalnız xatirələr danışır”.