Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır

Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır
SİYASƏT
14:38 14.10.2022
768
Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Son illər Azərbaycanın regionda, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.
Təbii ki, Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan, komplementar xarici siyasət yürüdür, eyni zamanda, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verir.

AQEM-in üzv ölkələrindən bəziləri həm də hazırda Azərbaycanın uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvləridir. Bundan əlavə, Azərbaycanın AQEM-in bir çox üzvləri ilə yaxşı ikitərəfli münasibətləri var. Hazırda dünyada Asiya regionunun önəmi getdikcə artır və bu kontekstdə həmin ölkələrlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türkdilli dövlətlərlə genişlənən əlaqələri dövlətimizin başçısının müdrik və uzaqgörən siyasət yürütdüyünü bir daha təsdiqləyir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təsisat yaratmaq idi. Təşəbbüs Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən dəstəklənib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı deyib. "Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik".

Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.

2022-ci ilin ilk doqquz ayında Azərbaycan ərazisindən keçən tranzitin həcminin təxminən 65 faiz artdığını qeyd edən dövlətimizin başçısı deyib: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.

Azərbaycan ən çətin vəziyyətdə belə dünyanın mövcud şərtlərini nəzərə almaqla yanaşı, həm də balanslı xarici siyasət qurmaqla, öz təhlükəsizliyini təmin etməklə region və dünya dövlətləri ilə aktiv xarici siyasət yürüdür. Ən başlıca şərt siyasəti və onun şərtlərini bilməkdən asılıdır. 

Dövlət başçımızın uzun dövlətçilik təcrübəsi və dərin siyasi savadı imkan verir ki, hətta kiçik dövlət olmağımıza baxmayaraq, əlimizdə olan maddi və mənəvi resurslarımızdan səmərəli şəkildə faydalanmaqla dünyanın nəhəng dövlətləri ilə bir masada nüfuz mübarizəsi apara bilək.
 
 Naftalan şəhər sakini Faiqə Ağayeva

OXŞAR XƏBƏRLƏR