Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmaq üçün yeni fürsətlər ortaya çıxıb - Çavuşoğlu

Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmaq üçün yeni fürsətlər ortaya çıxıb - Çavuşoğlu
SİYASƏT
20:14 16.07.2021
1300
İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmaq üçün yeni fürsətlər ortaya çıxıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, bu, eyni zamanda Cənubi Qafqazda vəziyyətin normallaşması üçün də böyük əhəmiyyət daşıyır:

"Keçmişdə Mərkəzi Asiya böyük güclərin rəqabət meydanı idi. Buna geri qayıdılmasına icazə verməməliyik. Regionun bir-biri ilə əlaqəli ekosistemə ehtiyacı var. Bunun da yeganə yolu regional əməkdaşlığı kommunikasiya yolu ilə təşviq etməkdir".
OXŞAR XƏBƏRLƏR