Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi
SOSİAL
13:50 03.11.2020
899

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

OXŞAR XƏBƏRLƏR