Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO

SOSİAL
18:05 20.10.2020
1256

Zəngilan şəhərinin kosmosdan çəkilmiş təsviri yayımlanıb.

Görüntüləri "Azərkosmos” yayıb.

Şəhərin təsviri bu gün "Azersky” peykindən çəkilib.

Məlumatda bildirilib ki, Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin "Bəsitçay” Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib.

İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib.

Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də, təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır.



OXŞAR XƏBƏRLƏR