Zəngilanda bərpa-quruculuq işləri uğurla davam edir

Zəngilanda bərpa-quruculuq işləri uğurla davam edir
SOSİAL
16:12 19.10.2022
150
4 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında qalan torpaqları düşmən tapdığından azad etdi. Bu gün Zəngilanın işğaldan azad olunmasından iki il ötür. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan əvvəl erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan həlak olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İşğal zamanı Ermənistan silahlı qüvvələri tərəfindən  Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilmişdir. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, eyni zamanda həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktukturları dağıdılmış, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəymişdi. Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. 

Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra ölkəmizdə  yeni dövr başlamışdır. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələr davamlı şəkildə icra olunur. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. İki ilə yaxındır ki, ata-baba yurdumuzdan azan səsi gəlir, şanlı üçrəngli bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin başa çatdırılmasıdır. 

Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etməkdir.  Hazırda Zəngilanda digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi yeni həyat başlayıb.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır.

Azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.
İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir. O cümlədən də 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Cari ilin 27 may tarixində, Azərbaycan xalqının müstəqillik günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutdu. Birinci mərhələdə Yeni Ağalı kəndinə 41 ailə köçürüldü. Bu ailələr 29 il həsrətində olduqları doğma ata-baba torpağına geri dönmənin sevincini yaşadı. 

Təsadüfi deyil ki, Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb. Böyük rəmzi mənası olan bu fəvvarəni  Ali Baş Komandanımız cənab İlham Əliyev işə saldı.
Artıq Ağalı kənd meydanında "ASAN xidmət" mərkəzi, bank xidməti, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi, iki market, poçt məntəqəsi, kafe, çayxana, ət kəsimi məntəqəsi və digər xidmət sahələri fəaliyyət göstərir. 

Ağalı yalnız ölkəmizdə birinci "ağıllı kənd" olmağı ilə fərqlənmir, həm də bu, vətəndaşlarımızın xəyallarının gerçəkləşdiyi ilk kənddir. 65 evdə 325 sakinin məskunlaşdığı kənddə heç bir məşğulluq problemi yoxdur. 

Bir sözlə, Ağalıda həyat qaynayır, doğma yurd-yuvasına qayıdan sakinlər həm müəssisələrdə, ictimai-iaşə obyektlərində çalışır, həm də həyətyanı sahələrdə təsərrüfatla məşğul olurlar. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat daha gözəl olacaq.
Yaxın günlərdə işğaldan azad olunmuş torpaqlarımızda ikinci Beynəlxalq Hava Limanı olan Zəngilan Beynəlxalq Hava Limanının Türkiyə və Azərbaycan liderlərinin iştirakı ilə açılışı gözlənilir. Şübhəsiz ki, hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün xüsusi imkanlar yaradacaqdır.

Dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri, ən qısa zamanda görülən işlər  belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qaynayacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. Dövlət başçımızın dediyi kimi: «Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir”.

Zahid Nəzərov
Abşeron İcra Hakimiyyətinin əməkdaşı, 1-ci Qarabağ müharibəsi veteranı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”