Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı "Mitsubishi” markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış "Maz” markalı yük avtomobilinə çırpılıb.
Hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci kilometrində baş verib.
Nəticədə minik avtomobilinin sərnişini - Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Şəmsəddin Vaqif oğlu Sədiyev hadisə yerində ölüb. Sərnişinlər - 1995-ci il təvəllüdlü Təbriz Tamis oğlu Əsədov, 1992-ci il təvəllüdlü Natiq Aydın oğlu Bayramov və 1995-ci il təvəllüdlü Vüsal Xəqani oğlu İsmayılov və sürücü - 1988-ci il təvəllüdlü Emin Ramiz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
///apa