‘Zəngin kız, fakir oğlan’ serialının aktyorları Bakıda - FOTOLAR

MƏDƏNİYYƏT
14:10 30.05.2013
5757

Ötən gün Türkiyənin Azərbaycandakı səfirliyi “Doğudan Batıya” komandası və “Zəngin kız, fakir oğlan” serialının oyuncuları üçün kokteyl günü təşkil edib.AZXEBER.COM-un məlumatına görə, tədbirdə “Doğudan Batıya” komandası və türk oyuncuları Hüseyn Avni Danyal, Ufuk Özkan, Osman Albayrakla yanaşı Azərbaycandan da tanınmış insanlar iştirak ediblər. Onların sırasında xalq artisti Brilliant Dadaşova, müğənnilərdən Mila, Tünzalə Ağayeva, Roza Zərgərli, Elnarə Xəlilova, Lalə və Nurkan, bəstəkar Sevinc Tofiqqızı, aktirisalar Sənubər İsgəndərli, Vəfa Zeynəlova və digərləri iştirak edib.Onu da deyək ki, “Zəngin kız, fakir oğlan” komandasının ölkəmizə gəlmə səbəbi serialın bir bölümünün Azərbaycanda çəkilməsidir. Türkiyəli qonaqlar bu gəlişləri ilə həm filmi çəkmək üçün məkan seçib, həm də serialda azərbaycanlı aktyorlardan kimin rol alacağını müəyyənləşdiriblər.Məlumat üçün bildirək ki, “Zengin kız, fakir oğlan” serialının qəhrəmanları ölkəmizə Türkiyə səfirliyi və “TRT”-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğarcanın təşəbbüsü ilə gəlib.

OXŞAR XƏBƏRLƏR