"Zenit"in sabiq futbolçusu: "Neftçi" çox pis oynadı"

İDMAN
20:07 03.07.2023
268
"Neftçi" çox pis oynadı. Aşkar təzyiq altında idilər və belə vəziyyətdə güclü rəqiblərə qarşı oynamaq çətindir".

Bunu Rusiyanın "Zenit" komandasının sabiq futbolçusu Sergey Vedeneyev "Neftçi"nin "Match TV" kubokunda Sankt-Peterburq təmsilçisinə qarşı oyunu (1:3) barədə "RB Sport" nəşrinə açıqlamasında deyib.

Veteran müdafiəçi bildirib ki, "ağ-qaralar"ın 4-5 futbolçu ilə hücuma keçməyə belə, gücü çatmırdı: "Hər iki hissədə müdafiə olundular. "Zenit"də isə hər şey alınırdı".

Qeyd edək ki, "Neftçi" turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın "Srvena Zvezda", 15-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR