Zərdab-Ucar sakinləri Adəm Məmmədova səs verəcəklərini deyir - FOTOLAR

Zərdab-Ucar sakinləri Adəm Məmmədova səs verəcəklərini deyir - FOTOLAR
Seçki2024
19:04 03.02.2020
2320
Deputatlığa namizəd Vəkil Adəm Məmmədov seçicilərlə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, görüş zamanı seçki platformasını açıqlayan deputatlığa namizəd Adəm Məmmədov bildirib ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib.

Görüşdə çıxış edən qəsəbə sakinləri Vəkil Adəm Məmmədovu layiqli namizəd olduğunu,onun seçkilərdə qələbə qazanacağına inandıqlarını və onun seçicilərini millət vəkili kimi lazımı səviyyədə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

Daha sonra seçicilərin problemləri ilə maraqlanan namizəd onların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirərək, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Adəm Məmmədov Zərdab sakinlərini 9 fevralda onu dəstəkləməyə çağırıb və onları əmin edib ki, seçiləcəyi təqdirdə hər bir seçicisinin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. 

Sonda görüş iştirakçıları deputatlığa namizəd Adəm Məmmədova uğurlar arzulayıb, yekdilliklə ona səs verəcəklərini bilidiriblər.

Qeyd edək ki,məşhur Vəkil Adəm Məmmədov 92-saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR