Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.