"Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini istəyirəm”.
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində məhkəməyə teleqram göndərən Babayaev Elnarə Çərkəz qızı deyib.
O, hazırda Qəbələ rayonunda yaşadığını və himayəsində azyaşlı uşaqların olduğunu bildirib: "Bu səbəbdən məhkəməyə gələ bilmirəm. Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini istəyirəm”.
///Report