Zərərli süni intellekt iddiası: Malayziya "Grok"u nəzarətə aldı

Zərərli süni intellekt iddiası: Malayziya "Grok"u nəzarətə aldı
DÜNYA
16:06 12.01.2026
307

Malayziya ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasına inteqrasiya olunmuş süni intellekt aləti Groka girişi müvəqqəti olaraq məhdudlaşdırıb.

 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, buna səbəb kimi ədəbsiz və zərərli məzmunun qarşısını almaq üçün kifayət qədər təhlükəsizlik mexanizmlərinin tətbiq edilməməsi göstərilir.


Malay Mail qəzetinin məlumatına görə, Malayziya Rabitə və Multimedia Komissiyası (MCMC) yayımladığı açıqlamada bildirib ki, Grok alətindən qadın və uşaqları hədəf alan, razılaşdırılmamış və ədəbsiz şəkillər yaratmaq məqsədilə dəfələrlə sui-istifadə olunub.


Qeyd olunub ki, yanvarın 3-ü və 8-də X Corp və xAI şirkətlərinə rəsmi bildirişlər göndərilərək, Malayziya qanunlarını poza biləcək süni intellekt tərəfindən yaradılan məzmunun qarşısının alınması üçün təcili və effektiv tədbirlərin görülməsi tələb edilib. Lakin X şirkətinin cavablarının qənaətbəxş olmadığı vurğulanıb.

 

Açıqlamada bildirilib ki, xüsusilə qadın və uşaqları hədəf alan məzmunun qarşısını alan güclü təhlükəsizlik tədbirləri tətbiq olunana qədər Grok-a giriş məhdudiyyət altında qalacaq.

 

Gülay

OXŞAR XƏBƏRLƏR