Zərgərlik mağazasından oğurluq edən şəxs saxlanıldı

Zərgərlik mağazasından oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
11:09 20.02.2026
231
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub. 

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb. 

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR