Zərifə Quliyeva şəhid ailələri və qazilərlə görüş keçirib - Fotolar

Zərifə Quliyeva şəhid ailələri və qazilərlə görüş keçirib - Fotolar
SOSİAL
18:40 11.06.2021
985
Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai birliyinin sədri, "Tərəqqi” medalı ilə təltif olunan Zərifə Quliyeva 15 İyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilərlə görüş olub. Zərifə xanım onları öz cəmiyyəti adından təltif edib.

"Hər il Qurtuluş bayramı ilə bağlı tədbir keçirirəm. Bu mənim üçün çox şərəfli bayramdır. Bunu qeyd etməmək olmaz. Torpaqlarımız mənfur düşmən tərəfindən işğal olunmuşdu. Amma bizim Azərbaycanımız illər əvvəl içindən işğal olunmuşdu. Biz o günləri yaşadıq. İçimizdəki xainlər Azərbaycanın hər bir bölgəsində silahlı qüvvələr yaratmışdılar. Əhali dinc yaşaya bilmirdi. Həm aclıq, həm qorxu, həm də soyqunçuluq var idi. Ulu öndər Heydər Əliyev gəldi və xalqı xilas etdi. Onun gəlişi şanlı gün idi. Həmin günləri xatırlayıram. Bu ölkəyə sahib çıxdı. Xalqı dar gündən çıxartdı. Böyük bayramdır. Bilirəm, bizim böyük bayramlarımız var. Amma Milli Qurtuluş Günü hər birimizin ailəsində sevinclə qeyd edilməlidir. Eyni zamanda bu il Qurtuluş günümüz Zəfər bayramı ilə üst-üstə düşür. İki ən böyük və gözəl bayram. Qurtuluş günü - o vaxt torpaqlarımız Ulu öndərin sayəsində azad oldu. Zəfər bayramında isə torpaqlarımız ermənilərdən İlham Əliyevin siyasəti ilə cəngavər oğullarımız tərəfindən azad edildi. Zəfər bayramı, Qurtuluş günü münasibətilə hər kəsi təbrik edirəm”.

Zərifə Quliyeva daha sonra şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Şəhid anası Lətifə Novruzova çıxış edərək "Hər kəsi Qələbə münasibətilə təbrik edirəm. Bizə bu günü şəhidlər, qazilər yaşatdı. 1994-cü ildən hər çıxışımda demişəm ki, bu cür çıxışlarımız Qarabağda olsun. Bu gün buna nail olduq. Bundan artıq sevinc ola bilməz” sözlərini söyləyib.

"Yaşad” Fondunun üzvü Nahid Mehdiyev çıxış edərək, Zərifə Quliyevaya təşəkkür edib.

Sonda şəhid ailələri və qazilərə diplomlar təqdim edilib.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb