"Zərifə xanım Əliyeva minlərlə xəstənin gözlərinə nur, işıq vermişdi"

"Zərifə xanım Əliyeva minlərlə xəstənin gözlərinə nur, işıq vermişdi"
DÜNYA
12:32 26.04.2023
275
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli Sərəncamı ilə nüfuzlu alim, akademik Zərifə Əliyevanın 100 illilk yubileyi respublikamızda yüksək səviyyədə qeyd olunur.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə görkəmli icimai-siyasi xadim, tanınmış səhiyyə təşkilatçısı Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Xalqını sonsuz məhəbbətlə sevən böyük şəxsiyyət, qayğıkeş insan Əziz Əliyev haqqında ümumilli lider Heydər Əliyev yazmışdır: "Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı.” 

Belə bir adlı-sanlı, tanınmış ziyalı ailəsində böyümüş, tərbiyə almış nüfuzlu alim Zərifə Əziz qızı Əliyevanın mənalı ömrü Azərbaycanın səhiyyə tarixinə qızıl hərflərlə həkk olunub. Nəsillərə örnək olan  mənalı, şərəfli bir ömür yaşayıb. Zərifə xanım ilk əmək fəaliyyətinə 1949-cu ildə Respublika Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi başlayıb. Zaman keçdikcə gərgin zəhməti, yorulmaz elmi fəaliyyəti ilə tibb sahəsində tanınıb, böyük nüfuz, hörmət qazanıb. 

Zərifə xanımın diqqətini o zamanlar ölkə səhiyyəsində geniş yayılmış traxoma xəstəliyi daha çox cəlb edib. Bu xəstəliyə tutulmuş gözləri müayinə və müalicə etmək onun həkimlik fəaliyyətində mühüm yer tutur.  

Ağır müharibə dövründə, ondan sonrakı illərdə traxoma böyük bir bəla, ağır infeksion xəstəlik idi. Zərifə xanım dərin zəkası, zəngin həkimlik təcrübəsi ilə bu bəlanın öhdəsindən müvəffəqiyyətlə gəldi və səhiyyədə öz imzasını qoydu. 

Tibb elminin korifeylərindən olan atası Əziz Əliyevin elmi zəkasından bəhrələnən Zərifə xanım xoşbəxt insan idi. Çünki elmli insanlar, alimlər Allahın lütfündən ən dövlətli mal-mülk sahibidirlər. Onlar parlaq zəkası ilə insanlara həyat verir, yaradır, yaşadır və gözəl əməlləri ilə cəmiyyətdə hörmət, izzət qazanırlar. Bu ifadəni fəxarətlə Zərifə xanıma aid etmək olar. 

Dünyaşöhrətli dahi siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfalı, sədaqətli ömür yoldaşı, gözəl ana, fədakar elm xadimi Zərifə xanımın şəkillərinə baxanda onun mənalı, nurlu baxışları insanı valeh edir və "göz ürəyin aynasıdır” ifadəsi yada düşür. 

Azərbaycan oftalmologiyasını dünyada tanıdan akademik Zərifə xanımın müxtəlif göz xəstəliklərinin müalicəsi və profilaktikası ilə əlaqədar tədbirlərin hazırlanmasında böyük əməyi olub. Oftalmologiya elmində yeni bir istiqamətin əsasını qoymaqla dünya səhiyyəsində yenilikçi alim kimi tarixə düşən akademik Zərifə Əliyeva "Göz yaşının axmasının fiziologiyası”, "Gözün hidrodinamik sisteminin anatomik fizoloji təbiəti”, "Kəskin virus konyunktivitləri”, "Keratitlər”, "Gözün damarlı traktının, torlu qişasının, görmə sinirinin xəstəlikləri”, "Kataraktalar”, "Qlaukoma və gözün hipertenziyası” kimi yüzlərlə sanballı elmi məqalə, monoqrafiya və tədqiqatların, nadir elmi əsərlərin müəllifidir. Görkəmli alim yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycanın əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

Sadə, pak xarakterə malik Zərifə xanımın iradə möhkəmliyi, əqidə saflığı, daim öyrənməyə can atması, gərgin elmi axtarışları, oftalmologiya sahəsində qazandığı uğurlar onu respublikanın hüdudlarından uzaqlarda görkəmli tibb alimi kimi tanıtmış və sevdirmişdir.
 
Zərifə xanım yüksək intellektuallığı, sadəliyi, alicənablığı və digər ali keyfiyyətləri təcəssüm etdirən ziyalı qadın olaraq tibb elminə əvəzsiz töhfələr bəxş etmişdir. 

Zərifə xanım minlərlə xəstənin gözlərinə nur, işıq verdi. Parlaq zəkası, elmi nailiyyətləri ilə səhiyyənin, tibb elminin inkişafına dəyərli töhfələr bəxş etməklə mənalı, şərəfli, ləyaqətli ömür yaşadı. Zəngin elmi irsi tibb aləminə qiymətli yadigar qaldı. 

Bəli, illər keçir, nəsillər dəyişir. Dəyişilməyən isə Azərbaycanın səhiyyə tarixində, xalqımızın yaddaşında əbədi yaşayan Zərifə xanımın əziz, parlaq xatirəsidir. 

Gülnar Əsədli, 
Astara rayonundakı "Astara” qəzetinin redaktor müavini, "Tərəqqi” medallı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
17:10 21.09.2026
Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
16:49 21.09.2026
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
ABŞ-dən İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
16:34 21.09.2026
ABŞ-dən İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
3-cü kurs tələbəsi vəfat etdi
16:22 21.09.2026
3-cü kurs tələbəsi vəfat etdi
Bakıda iki bağça fəaliyyətə başladı
16:18 21.09.2026
Bakıda iki bağça fəaliyyətə başladı
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
16:10 21.09.2026
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
16:07 21.09.2026
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
16:06 21.09.2026
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
15:55 21.09.2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
15:41 21.09.2026
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
15:32 21.09.2026
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
15:27 21.09.2026
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
14:48 21.09.2026
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
14:44 21.09.2026
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
14:43 21.09.2026
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
14:38 21.09.2026
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”