Üzərlərinə daş tökülənlərin vəziyyətləri ağırdır

Üzərlərinə daş tökülənlərin vəziyyətləri ağırdır
SOSİAL
15:25 11.10.2016
1174

 

Bakıda kranın yükünün aşması nəticəsində 5 nəfər xəsarət alıb.

 

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib.

Məlumatda deyilir ki, Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb. Xəsarət alan qadınlardan birinə yerində kömək göstərilib.

Daha 2 qadın və 2 kişi isə daxili qanaxma, kəllə-beyin travmaları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vəziyyətləri ağır qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR