Zerrin Özer: Beyin damarlarımda daralma var

MAQAZİN
13:20 25.10.2024
189
Müğənni Zerrin Özer qatıldığı mükafatlandırma mərasimində özü haqda üzücü xəbər verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zerrin Özer, onurğa iliyi əməliyyatından sonra səhhətində yaranan problemlər və artan narahatlıq pozğunluğu səbəbiylə Darülacezedəki fiziki müalicə və reabilitasiya mərkəzində müalicə aldığını söyləyib.
 
Müğənni "Beyin damarlarımın ikisində əhəmiyyətli dərəcədə daralma var. Ona görə də qeyri-sabit, səndələyərək yeriyirəm. Amma bura mükafatımı almaq və hər şeyə rəğmən bu gecə dik durduğumuzu göstərmək üçün gəldim" deyib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR