Hindistanın Telenqana şəhərində ağır yol qəzası baş verib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, "Anjaneya Svami" məbədindən qayıdan zəvvarları daşıyan avtobus dağlıq ərazidə aşıb.
Hadisə nəticəsində 55 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərdən 36-sı qadındır.
Məlumata görə, avtobus 54 yerlik olsa da, içərisində 70-dən çox sərnişin olub.