Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı təqdim edilmişdir. AzərTAc xəbər verir ki, orkestrə Azərbaycanın Xalq Artisti, “Şöhrət” ordenli Rauf Abdullayev dirijorluq etmişdir. Konsertin solisti Azərbaycanın tanınmış pianoçusu Murad Hüseynov olmuşdur. Konsertdə V.A.Motsartın, Y.Haydnın, İ.Bramsın əsərləri səslənmişdir.