Üzeyir Cəfərovun seçicilərlə daha bir uğurlu görüşü baş tutdu... - FOTOLAR

Üzeyir Cəfərovun seçicilərlə daha bir uğurlu görüşü baş tutdu... - FOTOLAR
Siyasət
00:31 18.10.2015
1415
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov namizəd olduğu 33 saylı seçki dairəsinin seçiciləri ilə görüşü barədə təəssüratlarını paylaşıb:
"Dəyərli dostlar, hörmətli həmkarlarım!!
Bu gün Xətai rayonunun Əhmədli qəsəbəsindəki "Bakı" kinoteatrında noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası çərçivəsində daha bir yaddaqalan və son dərəcə maraqlı bir görüşümüz oldu. Bu 33 saylı Xətai birinci seçki dairəsindən olan namizədlərə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçicilərlə görüşmək üçün ayrılan qapalı görüş yerlərindən ən böyü və ən rahatı hesab olunur.
Görüş Azərbaycanın Dövlət Himninin canlı ifa edilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla qeyd edilməsi ilə başladı.
Tam səmimi olaraq bildirirəm ki, məni dəstəkləyən ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsinin odundan-alovundan çıxan yüzlərlə cəbhə yoldaşlarımı, orta təhsil aldığım kənd orta məktəbində bərabər oxuduğum sinif yoldaşlarım, eləcə də dairə üzrə yaşayan sakinlərdən bir çoxu mənə həyatımın ən xoşbaxt günlərindən birini yaşatdılar.
Ən təsirlisi isə mənim döyüş komandirim, 2 dəfə "Azərbaycan Bayrağı" ordeninin sahibi, Silahlı Qüvvələrin tarixində ən uğurlu son döyüşlərin memarı və icraçısı olmuş komandirim, ehtiyatda olan polkovnik Şair Ramaldanovun çıxışı oldu. Kinoteatrın zalı inanılmaz sükütla döyüşlərə rəhbərlik edən zabitin çıxışını dinləyirdi. Bütün iştirakçılar şanlı tariximizin ən parlaq səhifəsi olan 1994-cü ilin uğurlu qış əməliyyatları zamanı 23 yaşayış məntəqəmizin erməni qəsbkarlarından azad olunması təntənəsini yenidən yaşamış oldu. Öz çıxışında komandir onun döyüşlər vaxtı müavini kimi mənim də gördüyüm işlərdə geniş bəhs etdi. Uzun illər keçməsinə baxmayaq, özün haqqında belə bir mötəbər görüş zamanı xoş sözlər eşitmək əlbəttə ki, son dərəcə xoş təsir bağışlıyırdı.
Tədbirin ən maraqlı çıxışlarından biri də Qafqaz-Media İctimai Birliyinin rəhbəri, tanınmış ictimai və media adamı Hacı Azadə-Taleh Abbaszadənin çıxışı oldu. Onun arqumentli, çox sərrast fikirləri, o cümlədən bu seçki dairəsindən mənim namizədliyimlə bağlı söylədiyi xoş sözləri eşitmək də həm mənə, həm də tədbir iştrakçılarında xoş ovqat yaratdı.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri hörmətli Etimad Əsədovun, Qarabağ Əlilləri, Şəhid Ailələri Xətai rayon təşkilatının sədri hörmətli Fuad Salahovun, "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri, sabir polis rəisi polkovnik Hacı Şəmsəddin Əliyev, Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh bəy Əliyev və başqalarının çıxışları mənim yaddaşımdan uzun illər çıxmayacaqdır.
Milli Məclisə 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd kimi mən seçicilərimin və döyüşçü dostlarımın, səngər yoldaşlarımın mənə verdiyi arzu və təkliflərə görə onların hər birinə öz dərin minnətdarlığımı bildirdim. İnanıram ki, 2015-ci ilin noyabrın 1-də Azərbaycan Parlamentinə keçiriləcək seçkilər əvvəlki illərdən xeyli fərqli və maraqlı olacaqdır.
Dairə üzrə görüşlərimiz Xətai rayonun bizim seçki dairəmiz üzrə ayrı-ayrı ünvanlarında, daha çox qapı-qapı, məhəllə-məhəllə prinsipi ilə davam edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ