Tanınmış sənətçimiz Üzeyir Mehdizadənin "Təki sən xoşbəxt olasan" mahnısı İranli sənətçi Pouya Bayati tərəfindən oğurlanıb.
Üzeyirin çalışdığı şirkətin rəhbəri təşkilatçı Samir Xattab AZXEBER.COM-a açıqlamasında Üzeyirin bu kimi hallara qarşı olmadığını söyləyib:
“İndiyə kimi artıq onlarca belə hallarla qarşılaşmışıq. Müxtəlif ölkələrdə sənətçimizin mahnıları oxunulub və oxunmaqda da davam edilir. Hal hazırda klip təqdimatına hazırlaşırıq və Üzeyirin canlı ifası üçün ansambılla məşqləri başlayıb. Bu il tamaşaçılara fərqli tərz və fərqli musiqilər təqdim edəcəyik”.