Zeynəb Həsəni özünə yeni ev aldı

Zeynəb Həsəni özünə yeni ev aldı
MAQAZİN
13:48 13.10.2025
236
Müğənni Zeynəb Həsəni özünə yeni ev alıb.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "İncə səhər" verilişində danışıb.
 
Müğənni evin qiymətinin 300 min manat olması ilə bağlı deyilən iddiaları təkzib edib:
 
"Ayrıca evim yox idi, ailəmlə yaşayırdım. İndi bir bina evi götürmüşəm, amma o da hələ ki, mənim deyil. Kreditlə almışam, ödəyirəm. Evin qiymətinə 300 min manat deyən adam yəqin ki, 150 minini özü verib. Ona görə belə dəqiq bilir. Amma təbii ki, bu doğru deyil. Hər nədirsə, əziyyət çəkib alırıq. Dünya malı dünyada qalır. Belə şeylərlə öyünmək lazım deyil. Əsas canım sağ olsun, ona bir şey olsa nə ev kömək edəcək, nə də maşın".
 
Aysel
OXŞAR XƏBƏRLƏR