Xalq artisti Zeynəb Xanlarova keçmiş həmkarı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə görüşməsi ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, xalq artisti Zeynəb Xanlarovanın keçmiş millət vəkili, hazırda hakimiyyətə qarşı ən radikal mövqedə çıxış edən Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə görüşü baş tutub.
Görüş zamanı xalq artisti keçmiş həmkarına böyük hörmət bəslədiyini və onun siyasi görüşlərinə sayğı duyduğunu dilə gətirib.
Bundan başqa xanım siyasətçilər ölkədə baş verən siyasi proseslərlə də bağlı
fikir mübadisəli aparıblar. Xalq artisti keçmiş həmkarının son illər ölkədə baş
verən ictimai-siyasi proseslərdə göstərdiyi mövqeyində haqlı məqamların
olduğunu bildirib. O özünün də yaxın zamanlarda konkret siyasi mövqeyini bildirəcəyini qeyd edib.
Mənbənin
sözlərinə görə, Gültəkin Hacıbəyli xalq artistinin son aylar açıqlamalarındakı
siyasi ultimatiumları təmsil elədiyi Milli Şura rəhbərliyinin və üzvlərinin
yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, xalq artistinin bu çıxışları zaman-zaman Milli Şuranın mitinqlərində də səsləndirilir.
Qeyd edək ki, Gültəkin Hacıbəylinin parlamentdə təmsil olunduğu zamanlarda da xalq artisti ilə isti münasibətlərinin olub. Onu da əlavə edək ki, Zeynəb Xanlarovanın bundan öncə istər parlamentdə, istərsə də mətbuatdakı aqressiv çıxışları ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı.
Yazıda
adı çəkilən şəxslərlə əlaqə saxlasaq da, telefonlara cavab verilmədi.
Sözügedən görüşlə bağlı mövzuya yenidən qayıdacağıq.