Zeynəb Xanlarova Tofiq Yaqubluya görə Prezidentə müraciət etdi

SOSİAL
17:30 17.09.2020
1705
Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Aslan İsmayılov məlumat yayıb. Zeynəb Xanlaova ölkə rəhbərindən Tofiq Yaqublunun sərbəst buraxılmasını xahiş edib.

Aslan İsmayılov Zeynəb xanımın müraciətini olduğu kimi səhifəsində paylaşıb:

"Cənab Prezident, Hörmətli İlham müəllim!

Siz məni uzun illərdir ki, tanıyırsınız və səmimiliyimə bələdsiniz. Atanız rəhmətlik Heydər Əliyevə və Sizə münasibətim də dəyişməz olaraq qalıb və qalacaq. Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə mən heç nəyə baxmayaraq, ona hörmətimi açıq ifadə etmişəm və onun Dövlətimiz, Xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq Dövlətimiz, Millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz. Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq Dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız. Bir daha Sizə can sağlığı və Dövlətimiz, Vətənimiz üçün görəcəyiniz işlərdə uğurlar arzulayıram”.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

22:05 22.10.2020

Şair İsmayıl Dadaşov vəfat edib

21:48 22.10.2020

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

21:22 22.10.2020

Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:16 22.10.2020

Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat

21:15 22.10.2020

"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

20:56 22.10.2020

Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"

20:50 22.10.2020

“Ermənistan və Azərbaycan bizim üçün bərabər tərəfdaşdır” - Putin

20:38 22.10.2020

Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb - FOTO