Zeynəb Xanlarovadan saxta konsert təşkilatçılarına XƏBƏRDARLIQ

Zeynəb Xanlarovadan saxta konsert təşkilatçılarına XƏBƏRDARLIQ
MƏDƏNİYYƏT
09:09 29.05.2025
308
Zeynəb Xanlarova sosial media hesabından bəzi konsert təşkilatçılarına xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə "zeynebxanlarovamusic" səhifəsində Xalq artistinin adından saxta konsert təşkil edən şəxslər haqda məlumat verilib.

Paylaşımda saxta konsert xəbərləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib:

"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillar yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə dələduzluq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara va bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!" 
 
Aysel

 

 


 

 


OXŞAR XƏBƏRLƏR