Zeynəb Xanlarovanın mahnısı ermənilər tərəfindən oğurlandı
Soaial şəbəkədə yemək videoları ilə məşhurlaşan erməni bloger "Rusiya kavkaz" kanalında yayımladığı videoda Azərbaycan mahnısını ifa edib.
AZXEBER.COM xəbər verir ki, erməni bloger sözləri Mikayıl Müşfiqə məxsus olan, 1968-ci ildə Ələkbər Tağıyevin bəstələdiyi "Qal sənə qurban" mahnısını erməni dilində səsləndirib.
Bəstənin ilk ifaçısı xalq artisti Zeynəb Xanlarova olub.
Onu da qeyd edək ki, mahnı 15 il öncə də Andi adlı erməni müğənni tərəfindən erməni dilində ifa olunmuşdu.
Aysel