Tanınmış aktrisa ekranlara qayıdıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kurtlar Vadisi" və "Merhamet" seriallarından sonra çəkilişlərə ara verən Özgü Namal "Kızıl Goncalar" serialı ilə ekranlara qayıdır.
Baş rollarda Özgü Namal və Özcan Denizin oynadığı "Kızıl Goncalar" serialının ilk treyleri yayımlanıb.
10 illik fasilədən sonra çəkilişlərə qayıdan Özgü Namal yeni rolu üçün hicab geyinib.
Qeyd edək ki, akrtisa Özgü Namal 2020-ci ildə iki övladının atası Ahmet Serdarı itirdikdən sonra tənha yaşamağa başlayıb.
Günel